Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə xarici işlər naziri Ararat Mirzoyan "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə Ermənistan ilə ABŞ arasında strateji əməkdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyası ilə bağlı qanun layihəsinin Milli Məclisdəki müzakirəsi zamanı hökumətin rəsmi nümayəndəsi təyin olunub.
Musavat.com xəbər verir ki, bundan əlavə, A. Mirzoyan parlamentdə "Sülh Şurasının Nizamnaməsinin ratifikasiyası haqqında" qanun layihəsinin müzakirəsində də hökuməti təmsil edəcək.
Qeyd edək ki, iyunun 4-də Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişini imzalayıblar.
Sözügedən sənəd M. Rubionun Ermənistana səfəri zamanı, mayın 26-da paraflanıb.
Musavat.com

15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ