İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan tərəfdarları Sarkisyanla bağlı BU VİDEONU PAYLAŞIR

Ermənistanda keçirilən gərgin parlament seçkiləri fonunda baş nazir Nikol Paşinyanın tərəfdarları sosial şəbəkələrdə genişmiqyaslı kampaniyaya başlayıblar və hazırda ən çox bir video çarx trendə çevrilib.

Musavat.com xəbər verir ki, hakimiyyət tərəfdarları bu görüntüləri Paşinyan hökumətinin böyük uğuru və Ermənistanın son illərdə keçdiyi inkişaf yolunun ən əyani sübutu kimi təqdim edirlər.

Sözügedən videoda təqdim olunan iki fərqli kadr arasında tam 5 illik bir zaman fərqi var.

Kadrlardakı məkan eyni məktəb, eyni seçki məntəqəsi və 2021-ci ildə Ermənistanın eks-prezidenti Serj Sarkisyanın səs verdiyi eyni yerdir.

Lakin vaxtilə Sarkisyanın gəldiyi və baxımsız vəziyyətdə olan həmin məktəb bu gün tamamilə fərqli, əsaslı təmir olunmuş vəziyyətdədir. Paşinyan tərəfdarları məhz bu fərqi önə çəkərək, seçicilərə nümayiş etdirməyə çalışırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR