Onlayn ictimai-siyasi qəzet
İrana qarşı hərbi əməliyyatların başlamasından bəri yaralanan ABŞ hərbçilərinin ümumi sayı 861 nəfərdir.
Musavat.com xəbər verir ki, məlumat Pentaqonun saytında yerləşdirilib. Məlumata görə, fevralın sonlarında İrana qarşı başlayan “Epik Qəzəb” Əməliyyatı zamanı 418 ABŞ hərbçisi yaralanıb və 14 nəfər həlak olub. ABŞ rəsmiləri əməliyyatın 5 mayda başa çatdığını elan ediblər.
Bundan əlavə, Pentaqon 7 iyuldan bu günə qədər xaricdəki əməliyyatlar zamanı baş verən itkilərin ayrıca sayını aparır. Burada ərazi göstərilməyib. Dərc olunmuş məlumatlara görə, həmin tarixdən bəri beş ABŞ hərbçisi həlak olub, 443 nəfər yaralanıb.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ