İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon minimum xərcləri açıqladı: İlk həftədə 11,3 milyard

ABŞ ilk altı gündə İrana qarşı hərbi əməliyyata ən azı 11,3 milyard dollar xərcləyib.

Musavat.com The New York Times (NYT) qəzetinə istinadən xəbər verir ki, məlumat Pentaqonun Konqresə hesabatında yer alıb.

Bildirilir ki, Pentaqon rəsmiləri 10 martda qanunvericilər üçün qapalı brifinqdə İrana qarşı müharibənin yalnız ilk altı gündə xərcinin 11,3 milyard dolları keçdiyini təxmin etdiklərini bildiriblər: "Bu hesablamalarda əməliyyatla bağlı bir çox xərclər, o cümlədən ilkin zərbələrdən əvvəl hərbi texnikanın və personalın bölgəyə yerləşdirilməsi xərci nəzərə alınmayıb. Buna görə də qanunvericilər Pentaqon ilk həftədə sərf olunan vəsaitləri hesablamağa davam etdikcə xərclərin əhəmiyyətli dərəcədə artacağını gözləyirlər".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR