İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqonun 100 milyonluq gizli layihəsi

İlon Maskın "SpaceX" və "xAI" şirkətləri ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) dron sürüsünün səsli komanda ilə idarə olunması üçün proqram təminatının hazırlanmasına dair qapalı müsabiqəsində iştirak edir.

Musavat.com xəbər verir ki, müsabiqə yanvar ayında 100 milyon dollar mükafat fondu ilə elan edilib.

Layihənin məqsədi 6 ay ərzində səsli əmrləri rəqəmsal göstərişlərə çevirən və hədəfi avtonom şəkildə təqib edə bilən pilotsuz aparat sürüsünü idarə edən proqram təminatı hazırlamaqdır.

"Bloomberg"in mənbələrinin sözlərinə görə, Maskın şirkətləri müsabiqədə iştirak üçün seçilmiş azsaylı namizədlər sırasındadır. Agentlik yazır ki, "xAI" şirkəti artıq federal podratçılarla işləmək üçün "məxfi" və "tam məxfi" səviyyəli təhlükəsizlik icazəsi olan mühəndislərin genişmiqyaslı işə qəbuluna başlayıb.

Maskın şirkətlərinin Pentaqonun bu yarışına qoşulması iş adamı üçün yeni mərhələ hesab olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR