İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov Paşinyan hökumətinə bədəli xatırlatdı - Avrasiya İttifaqından çıxmağın ağır nəticəsi

Rusiya Ermənistana Avrasiya İqtisadi İttifaqından çıxmağın iqtisadi bədəlini xatırladaraq, İrəvan üçün mövcud olan güzəştli qaz qiymətlərinin ləğv edilə biləcəyi barədə xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyanat verib.

Kreml rəsmisi Rusiyanın hər zaman etibarlı və məsuliyyətli bir enerji tədarükçüsü olduğunu, xüsusilə də ən yaxın müttəfiqlərinə və tərəfdaşlarına mavi qazı olduqca cəlbedici, güzəştli şərtlərlə satdığını vurğulayıb.

Lakin Peskov Ermənistan rəhbərliyinin son bəyanatlarına reaksiya verərək qeyd edib ki, əgər İrəvan inteqrasiya istiqamətini dəyişib Avropa İttifaqı kimi digər qurumları seçərsə, bu cür xüsusi güzəştli rejim qüvvədən düşəcək.

O, digər ittifaqlar üçün qiymət kateqoriyasının tamamilə fərqli və bazar prinsiplərinə əsaslandığını bildirərək, bu reallığın İrəvandakı dostlarına çox yaxşı məlum olduğunu xüsusilə diqqətə çatdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR