Onlayn ictimai-siyasi qəzet
Məsud Pezeşkian çıxışında Azərbaycan atalar sözündən istifadə edib.
O, Gülüstan əyalətinin investorları və iqtisadi fəalları ilə görüşdə bir şəxslə mübahisə edib.
İran Prezidenti cəmiyyətdə gözləntilərin xeyli yüksək və reallıqla tərs-mütənasib olduğunu vurğulayıb.
"Biz heç kimə yerinə yetirə bilməyəcəyimiz vədlər vermirik", - deyən Məsud Pezeşkian Azərbaycan atalar məsəlini xatırladıb: "Əyri oturaq - düz danışaq".
Xatırladaq ki, bundan əvvəl o, "Heydərbabaya salam" poemasından şeir oxuyub.
Yeni Sabah
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ