İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkiandan Azərbaycanla bağlı diqqətçəkən AÇIQLAMA

İranın Xoy şəhərində böyük sufi şairi və mütəfəkkiri Şəms Təbrizinin xatirəsinə ucaldılmış abidənin və onun adını daşıyan mədəniyyət kompleksinin açılışı olub.

Musavat.com xəbər verir ki, açılış mərasimində çıxış edən İran Prezidenti Məsud Pezeşkian Şəms Təbrizi kompleksi və məqbərəsinin tədqiqat, dialoq, eləcə də mistik təfəkkür irsinin araşdırılması üçün beynəlxalq mərkəzə çevrilə biləcəyini bildirib.

Pezeşkian Şəms Təbrizinin adını Azərbaycanla İran, eləcə də mənəviyyat, hikmət və humanizm dəyərləri arasındakı əlaqənin simvollarından biri kimi dəyərləndirib.

Prezidentin sözlərinə görə, Xoy şəhəri Şəms Təbrizi və Cəlaləddin Ruminin irsini araşdıran alimlər üçün beynəlxalq əhəmiyyətli elmi və mədəni mərkəzə çevrilmək potensialına malikdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR