Onlayn ictimai-siyasi qəzet
İran Prezidenti Məsud Pezeşkian Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişini müsəlmanların birliyi istiqamətində atılmış müsbət addım kimi qiymətləndirib. Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.
Pezeşkian bildirib ki, saziş müsəlman ölkələri arasında qarşıdurmaların qarşısının alınmasına, tərəflərin eyni masa arxasında əyləşərək İslam birliyi istiqamətində əməkdaşlıq etməsinə xidmət edə bilər. Sazişin İrana qarşı yönəlib-yönəlmədiyi barədə suala cavab verən İran prezidenti bunun qarşıdurmaya səbəb olmaq əvəzinə, dialoqu təşviq edə və İslam dünyasının birliyini gücləndirə biləcəyini söyləyib.
Bu, İranın da sazişə qoşula biləcəyinin anonsu sayıla bilərmi?

Deputat Hikmət Babaoğlu Musavat.com-a deyib ki, hazırda İran müharibə vəziyyətindədir və ideoloji sistemi böyük zərbə alıb: “Ona görə də ətrafda baş verən bir çox məsələlərə emosional və hətta isterik münasibət bildirir. İran hesab edir ki, ətrafda hamı düşməndir. Ona görə də bütün qonşularla faktiki olaraq özünü müharibə vəziyyətinə gətirib. Ərəb dünyası ilə də müharibə vəziyyətindədir. Bu, əlbəttə ki, İranın xarici siyasətinə və soyuqqanlı siyasi qərarlar qəbul etməsinə çox mənfi təsir göstərir. Baş verən hadisələri rasionallıqla məntiqlə qiymətləndirən İran prezidenti isə digərlərindən fərqli olaraq vəziyyəti düzgün qiymətləndirməyi bacarır, qonşularla münasibətlərin yüksək səviyyədə olmasına mühüm əhəmiyyət verir. Eyni zamanda, hər şeyi soyuqqanlı məntiqlə qiymətləndirməyi bacarır”.
Deputat söyləyib ki, İranın hərbi-siyasi elitası Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanmış Məkkə sazişinə qarşı çox ciddi bəyanatlar verib, hədələyici açıqlamalar səsləndirib: “Amma bəlli oldu ki, vəziyyət elə deyil. Bu ittifaq əlbəttə ki, İrana qarşı deyil". Hikmət Babaoğlu hesab edir ki, İranda sivil siyasətə nə qədər geniş meydan verilərsə, vəziyyəti bir o qədər yaxşı olar: "Amma təəssüf ki, hərbi-siyasi elita buna imkan vermir. Qonşu ölkənin prezidenti Pezeşkianın qiymətləndirməsi isə obyektiv və rasional siyasi düşüncənin məhsuludur".
Xalidə Gəray
Musavat.com
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ