Onlayn ictimai-siyasi qəzet
Min illər boyu insanla yanaşı yaşayan pişiklər insan davranışını və emosional reaksiyalarını oxumağı öyrəniblər.
Musavat.com xəbər verir ki, bu fikri Rusiyanın ROSBİOTEX Universitetinin baytarlıq təbabəti kafedrasının professoru, baytarlıq elmləri doktoru Andrey Rudenko səsləndirib.
Mütəxəssisin sözlərinə görə, pişiklər itlərdən fərqli olaraq birbaşa itaətə can atmır. Onlar sahibinin əhval-ruhiyyəsini və psixoloji durumunu diqqətlə müşahidə edir, davranışlarını buna uyğun tənzimləyirlər. Burada klassik mənada aldatmadan yox, insanın reaksiyasına hesablanmış davranış strategiyalarından söhbət gedir.
Professor Rudenko xüsusilə “sosial miyoldama” adlandırılan səs növünə diqqət çəkir. Onun sözlərinə görə, pişiklər bu səsi öz aralarında demək olar ki, istifadə etmirlər, lakin insanlarla ünsiyyətdə fəal şəkildə tətbiq edirlər. Bu miyoldamanın tembri və tezliyi körpə uşağın ağlamasını xatırladır və insanın şüuraltı səviyyədə reaksiya vermək, kömək etmək istəyini oyadır.
Ekspert bildirir ki, pişiklər hansı davranışın hansı şəraitdə nəticə verdiyini çox yaxşı yadda saxlayırlar. Məsələn, əgər sahibi bir dəfə gecə vaxtı onu yemləndiribsə, pişik həmin ssenarini sonradan da təkrarlamağa çalışacaq.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ