Onlayn ictimai-siyasi qəzet
Pakistanın Peşəvar şəhərində federal polis idarəsinin qərargahı terrorçu-kamikadzenin hədəfinə çevrilib.
Musavat.com xəbər verir ki, hadisə barədə məlumatı “Dawn” qəzeti yayıb.
İlkin məlumatlara əsasən, hücum zamanı binada güclü partlayış baş verib. Polis qüvvələrinin dərhal həyata keçirdiyi cavab əməliyyatı nəticəsində hücuma cəhd edən iki silahlı məhv edilib.
Reuters-in xəbərinə görə, baş verən partlayış üç nəfərin həyatına son qoyub. Yaralananların olub-olmadığı barədə dəqiqləşdirmə aparılır.
Hadisə ilə bağlı genişmiqyaslı istintaq başladılıb, ərazi tam nəzarətə götürülüb.
Musavat.com
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ