Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp iranlılara “azadlıq saatının çatdığını” bəyan etsə də, prosesin real nəticələri ilə bağlı suallar qalır.
Musavat.com "Politico"-ya istinadən xəbər verir ki, Daniel Blokun analitik yazısında ABŞ və İsrailin hava zərbələrindən sonra İranda rejim dəyişikliyinin mümkünlüyü geniş təhlil olunur.
Məqalədə qeyd olunur ki, Vaşinqton açıq şəkildə rejim dəyişikliyi xəttini seçib və hesab edir ki, zəiflədilmiş hakimiyyət fonunda iranlılar küçələrə çıxaraq prosesi tamamlayacaqlar. Son illərdə ölkədə kütləvi etirazların baş verdiyi, lakin onların adətən ağır repressiya ilə yatırıldığı xatırladılır.
Bununla belə, ekspertlərin əksəriyyəti hava bombardmanlarının tarixi olaraq uğurlu xalq üsyanına səbəb olmadığını vurğulayır. Çikaqo Universitetinin professoru Robert Pape bildirib ki, “bombardmanlar heç vaxt insanları küçələrə çıxarıb liderlərini devirməyə məcbur etməyib”.
Analitiklər iki əsas səbəb göstərirlər:
"Politico" yazır ki, İranın təhlükəsizlik strukturları uzun illərdir belə ssenarilərə hazırlaşır. Ölkənin müxalifəti isə parçalanmış və zəifdir. Diaspor fəaldır, lakin vahid liderlik və koordinasiya çatışmır.
Bununla belə, bəzi ekspertlər – o cümlədən Ali Vaezz və Behnam Talıblı – hesab edirlər ki, zərbələr davam edərsə və təhlükəsizlik strukturlarının aşağı pillələri də hədəfə alınarsa, rejim daxilində parçalanma yarana bilər.
Məsələn Yazarın fikirlərinə istinad etdiyi analitiklərdən biri, İran məsələləri üzrə ekspert Bəhnam Talıblının fikrincə, bombardman kampaniyası davam edər və rejimin təhlükəsizlik aparatının aşağı pillələri – xüsusilə yerli polis strukturları və sahə komandirləri – də zəiflədilərsə, hakimiyyət daxilində parçalanma ehtimalı arta bilər.
Talıblı hesab edir ki, İran cəmiyyətində rejimə qarşı dərin narazılıq mövcuddur və son etirazlarda minlərlə insanın həyatını itirməsi göstərir ki, əhali dəyişiklik uğrunda ciddi fədakarlıq etməyə hazırdır. Onun qənaətincə, mövcud hava kampaniyası düzgün istiqamətdə davam edərsə, bu, rejimin daxili dayaqlarını sarsıda və müxalif qüvvələr üçün imkan pəncərəsi aça bilər.
Bununla belə, Talıblı da hadisələrin necə inkişaf edəcəyini indidən qəti proqnozlaşdırmağın çətin olduğunu vurğulayır və prosesin rejim daxilində baş verəcək mümkün parçalanmadan asılı olacağını qeyd edir.
Məqalədə Liviyada Qəddafinin devrilməsi misal gətirilsə də, qeyd olunur ki, orada NATO zərbələri ilə yanaşı, artıq silahlı və təşkilatlanmış müxalif qüvvə mövcud idi. İranda isə belə struktur görünmür.
Daniel Blok yazır ki, rejim ciddi zərbə alsa da, onun dərhal xalq üsyanı ilə devriləcəyi ehtimalı yüksək deyil. İran transformasiya mərhələsinə daxil olub, lakin bunun demokratik dəyişiklik, daxili parçalanma və ya yeni sərt hakimiyyətlə nəticələnəcəyi hələ aydın deyil.
"Politico"-nun qənaətinə görə, xaos və təhlükə şəraitində iranlıların əsas prioriteti küçələrə çıxmaqdan çox, sağ qalmaq ola bilər.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ