İnsanlara hürriyət, millətlərə istiqlal!

Qabrelyanovdan Paşinyan proqnozu

Uzun illər anti-Azərbaycan təbliğatı aparan media fiquru Ermənistan seçkiləri ilə bağlı iddialı açıqlamalar verib.

Musavat.com xəbər verir ki, anti-Azərbaycan mövqeyi və revanşist çıxışları ilə tanınan rusiyalı erməni media meneceri Aram Qabrelyanov Ermənistanda gözlənilən parlament seçkiləri ilə bağlı növbəti siyasi proqnozlarını səsləndirib.

Uzun illər rəhbərlik etdiyi media strukturlarında Azərbaycana qarşı qərəzli materialların yayımlandığı Qabrelyanov xüsusilə Qarabağ müharibəsi dövründə anti-Azərbaycan informasiya kampaniyası aparan fiqurlardan biri kimi tanınır. Onun media layihələrində çalışan Semyon Peqov da həmin dövrdə Azərbaycana qarşı təbliğat xarakterli reportajlarla gündəmə gəlmişdi.

Qabrelyanov bu dəfə Ermənistanın daxili siyasəti barədə danışaraq iddia edib ki, baş nazir Nikol Paşinyan istənilən ssenaridə 30 faizdən çox səs toplaya bilməyəcək.

Onun iddiasına görə, iş adamı Samvel Karapetyan hazırda 27 faiz dəstəyə malikdir və yüksəliş trendindədir.

Qabrelyanov sabiq prezident Robert Köçəryan üçün 12 faiz, oliqarx siyasətçi Qaqik Tsarukyan üçün isə 6 faiz dəstək rəqəmi səsləndirib. O bildirib ki, seçkiyə qəti gedəcəyini deyənlərin payı 55 faiz, qərarsızların isə 10 faiz civarındadır.

Aram Qabrelyanov daha sonra sərt və qalmaqallı ifadə işlədərək Paşinyanın yeganə şansının seçkiləri hər hansı bəhanə ilə təxirə salmaq olduğunu deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR