İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusu sərhədi KEÇDİ, Putin xalqa müraciət edəcək – Sülhəddin Əkbərlə CANLI

Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun bölmələri Jerebets çayını keçib və Luqansk vilayətinin içərilərinə doğru hücumu davam etdirməyə çalışırlar. Rusiyanın məşhur “Rıbar” Teleqram kanalı məlumat yayıb.

Kanal bildirib ki, Jerebets çayının şərq sahilində Ukrayna ordusunun diversiya bölmələri yerləşib və Terna və Yampolovka yaşayış məntəqələrinə girməyə çalışırlar:

“Bu kəndlər Limanın qərbindəki Rusiya platsdarmı üçün təchizat marşrutu rolunu oynayırdı və burada düşmənin fəallığı çayın hər iki sahilindəki çətin vəziyyətdən xəbər verir”.

Ukrayna kanalları isə ordu bölmələrinin Limandan 12 km şimal-şərqdə və Jerebets çayından 4 km qərbdə yerləşən Kolodezi kəndini azad etdiyini bildirib.

Bundan başqa, Zareçnoye kəndinin şimal hissəsinin azad edildiyi qeyd olunub.

Rusiya Prezidenti Vladimir Putin bu gün vətəndaşlara müraciət edəcək. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putin bu gün Moskva vaxtı ilə saat 18:00-da Dövlət Dumasına qarşıdan gələn seçkilərlə bağlı rusiyalılara müraciət edəcək. Qeyd edək ki, onlayn və ənənəvi qaydada keçirilməsi planlaşdırılan seçkilər 18, 19 və 20 sentyabr tarixlərində baş tutacaq.

Ukrayna Müdafiə Qüvvələri Donetsk və Xarkov vilayətlərində döyüş meydanındakı mövqelərini möhkəmləndirərək Rusiya qoşunlarının bir sıra yeni hücum əməliyyatlarının qarşısını alıb.

Musavat.com xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitiklərinin yeni hesabatında bildirilir.
Sentyabrın 14-ü və 15-də Rusiya qoşunları Kupyansk və Borova istiqamətlərində hücum əməliyyatlarını davam etdirsələr də, Ukrayna bölmələrinin cavab həmlələri səbəbindən irəliləyə bilməyiblər.

Rusiya Silahlı Qüvvələrinin “Qərb” qoşun qruplaşması ilə əlaqəli mənbənin məlumatına görə, sentyabrın 15-də Ukrayna qüvvələri Kupyanskdan şimal və cənub-şərqdə yerləşən Rusiya mövqelərinə əks-hücum keçirib.

TV Musavat-ın saat 16:00-da “Həftə içi” verilişində milli siyasət üzrə ekspert Sülhəddin Əkbər suallarımızı cavablandırır.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR