Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyasının Riyazan vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hücum həyata keçirilib.
Musavat.com xəbər verir ki, zərbələr nəticəsində bölgədə yerləşən iri Neft Emalı Zavodunun (NÖZ) ərazisində güclü yanğın başlayıb.
Riyazan vilayətinin qubernatoru Pavel Malkov öz Telegram kanalında hadisəni təsdiqləyərək bildirib: "Hücum zamanı başqa bir müəssisənin ərazisindəki anbar və nəqliyyat vasitələri də zədələnib. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Hazırda dəymiş maddi ziyanın miqyası qiymətləndirilir, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin və operativ xidmətlərin əməkdaşları çalışır".
Qeyd edək ki, "Rosneft"ə məxsus olan Riyazan NÖZ-ü Rusiyanın ən böyük neft emalı müəssisələrindən biridir və ölkənin yanacaq təminatında xüsusi çəkiyə malikdir. Strateji müəssisəyə endirilən bu zərbə Rusiya energetika infrastrukturuna vurulan növbəti ağır hərbi-iqtisadi zərər kimi qiymətləndirilir.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ