İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalibaf şərt qoydu: Hörmüz açılmayacaq

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf sərt bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, o, atəşkəsin yalnız müəyyən şərtlər daxilində məna kəsb etdiyini bildirib.

Qalibafın sözlərinə görə, dəniz blokadası davam etdiyi, qlobal iqtisadiyyata təzyiq göstərildiyi və İsrailin hərbi eskalasiyası dayandırılmadığı müddətdə “tam atəşkəs” mümkün deyil. O, xüsusilə vurğulayıb ki, belə şəraitdə Hörmüz boğazının açılmasından söhbət gedə bilməz.

İran rəsmisi əlavə edib ki, hərbi təzyiqlə nəticə əldə etmək mümkün deyil və yeganə çıxış yolu İran xalqının hüquqlarının tanınmasıdır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR