İnsanlara hürriyət, millətlərə istiqlal!

QALMAQAL: Trampdan Obama ilə bağlı SKANDAL PAYLAŞIM - VİDEO

ABŞ lideri Donald Tramp sabiq prezident Barak Obama və xanımı Mişel Obamanın meymun kimi təsvir olunduğu videonu paylaşıb.

Musavat.com xəbər verir ki, video ABŞ-nin 2020-ci il seçkilərində saxtakarlıq iddialarına həsr olunub.

Rolikdə bildirilir ki, beş əsas ştatda səs sayımı dayandırılıb, daha sonra davam etdikdə isə sabiq prezident Co Baydenin xeyrinə kəskin sıçrayış baş verib.

Videonun sonunda isə qısa bir kadr göstərilir. Burada Barak və Mişel Obamanın üzləri meymun bədənlərinə yapışdırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR