İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ barədə danışan Mamdani indi Nyu-Yorkun problemləri ilə bacarmır

 

Nyu-York meri Zohran Mamdani şəhərin büdcə kəsirini bağlamaq üçün hazırladığı qalmaqallı əmlak vergisi planından geri çəkilməyə məcbur olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sosial şəbəkələrdə radikal çıxışları və populist vədləri ilə gündəmə gələn Mamdani bu dəfə iqtisadi reallıqlarla üz-üzə qalıb.

Xüsusilə diqqət çəkən məqam odur ki, bir müddət əvvəl qondarma “erməni soyqırımı” və Qarabağla bağlı Azərbaycana qarşı ittihamlar səsləndirən mer indi Nyu-Yorkun öz problemlərini həll etməkdə ciddi çətinlik yaşayır.

Mamdani administrasiyası əvvəlcə bütün ev sahiblərinə şamil ediləcək rekord – 9,5 faizlik əmlak vergisi artımı planlaşdırırdı. Lakin bu qərar orta təbəqə və kirayəçilər arasında ciddi narazılıq yaradıb. Nəticədə mer geri addım atmağa məcbur qalıb. ABŞ mediasında bu addım Mamdaninin “bazar və maliyyə dairələrinin təzyiqinə tab gətirə bilməməsi” kimi qiymətləndirilib.

Məqalədə qeyd olunur ki, Mamdaninin geri çəkilməsinin əsas səbəbi Nyu-York qubernatoru Keti Hochul ilə aparılan danışıqlar olub. Ştat hakimiyyəti şəhərin büdcə kəsirini bağlamaq üçün Nyu-Yorka əlavə 4 milyard dollar ayırmağa razılaşıb. Bu isə ABŞ mediasında “meriyanın problemi özü həll edə bilməməsi” və “Olbanidən (Ştatın administrativ mərkəzi-red.) gələn xilasedici yardım” kimi təqdim olunur.

Vergi planından imtina edən Mamdani indi diqqəti başqa istiqamətə yönəltməyə çalışır. O, dəyəri 5 milyon dollardan yuxarı olan ikinci evlərə xüsusi vergi tətbiq etməyi təklif edib. Lakin ekspertlər hesab edirlər ki, bu addım şəhərin struktur büdcə problemlərini həll etməkdən uzaqdır və daha çox Mamdaninin “zənginlərə qarşı mübarizə aparan siyasətçi” imicini qorumağa hesablanıb.

Maraqlıdır ki, şəhərin problemləri ilə məşğul olmaqdansa okeanın o tayından Qarabağ və Azərbaycanla bağlı siyasi bəyanatlarla gündəmə gələn Mamdani indi dünyanın ən böyük şəhərlərindən birinin iqtisadi problemləri qarşısında geri addım atmalı olub. ABŞ mediasında artıq onun sosial şəbəkə ritorikası ilə real idarəçilik arasındakı fərqin daha aydın görünməyə başladığı qeyd olunur.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR