İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”dan MARAQLI XƏBƏR - Dörd müəllimdən 4 dərs alacaqlar

"Qarabağ" bu gün yeni əməkdaşlığa başlayıb.

Ağdam klubu Azərbaycan İdman Akademiyası ilə işbirliyi qurub.

Tərəflər arasında aparılan danışıqların yekununa əsasən, akademiyanın 4 nəfərdən ibarət müəllim heyəti "köhlən atlar"ın məşqçilərinə seminar keçəcək və mühazirə oxuyacaq.

Bu, avqustun 25-dək davam edəcək. Qarşıdakı müddət ərzində 7 belə tədbir keçiriləcək.

"Qarabağ"ın əsasən akademiyasında çalışan mütəxəssisləri 4 mövzuda leksiya dinləyəcək. "Liderlik və kommunikasiya", "Klub-valideyn münasibətləri", "Uşaq hüquqları" və "Yeniyetmələrin məşqçiləri üçün metodoloji pedaqoji yanaşmalar" istiqamətində söhbət açılacaq.  (sportinfo.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2026

16 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR