İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" müdafiəni gücləndirmək niyyətindədir

Portuqaliya mətbuatı "Qarabag"ın Joao Qulartla maraqlanmaqda davam etdiyini iddia edir.

Portuqaliyanın "Kaza Piya" klubunun 26 yaşlı mərkəz müdafiəçisi ilə Ağdam təmsilçisindən başqa daha bir neçə klub da maraqlanır. Ötən ay Portuqaliya yüksək liqasında qalmağı təmin edən "Kaza Piya" rəhbərliyi Qulartın transferindən müəyyən məbləğ qazanmaq niyyətindədir və bu keçidə qarşı deyil.

Müdafiəçinin klubu ilə müqaviləsi növbəti mövsümün sonuna qədər qüvvədədir.

Qeyd edək ki, daha əvvəl Portuqaliya mətbuatı "Qarabağ"ın digər yerli futbolçu - yarımmüdafiəçi Samuel Lobatu ilə müqavilə imzalamağa yaxın olduğunu yazmışdı. (Offsideplus.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR