İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" "Napoli" ilə qarşılaşır

UEFA Çempionlar Liqasında Liqa mərhələsində V tur start götürür.

Musavat.com Fanat.Az-a istinadla xəbər verir ki, bu gün Azərbaycan çempionu "Qarabağ"da növbəti oyununa çıxacaq.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İtaliyada "Napoli"nin qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. “Dieqo Armando Maradona” stadionunda keçiriləcək qarşılaşmanı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək. 

Qeyd edək ki, 4 turdan sonra hesabında 7 xal olan "Qarabağ" 15-ci, Antonio Kontenin rəhbərlik etdiyi "Napoli" isə 4 xalla 24-cü yerdə qərarlaşıb.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, V tur

25 noyabr

00:00. “Napoli” (İtaliya) - “Qarabağ” - (Azərbaycan)

Hakimlər: Şimon Marcinyak, Tomaş Listkeviç, Adam Kupsik, Voyçex Miç (hamısı Polşa).

VAR: Pol van Bokel (Niderland), İvan Bebek (Xorvatiya).

Neapol. “Dieqo Armando Maradona” stadionu.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR