İnsanlara hürriyət, millətlərə istiqlal!

Qardaş ölkədə faciə: 34 nəfər həyatını itirdi

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində kömür mədənində partlayış baş verib.

Musavat.com xəbər verir ki, partlayış nəticəsində mədəndə çökmə qeydə alınıb. Geo TV-nin məlumatına görə, ilkin olaraq 9 nəfər qeyd edilən faciə qurbanlarının sayı 34-ə çatıb, hazırda xilasetmə işləri davam edir.

Mədən sahibinin sözlərinə görə, hadisəyə metan partlayışı səbəb ola bilər. Həmin vaxt yeraltında 42 işçi olub. Dağıntılar altında qalan mədənçilərin xilas edilməsi üçün xilasetmə əməliyyatı davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR