Onlayn ictimai-siyasi qəzet
Dohanın şimal-şərqindəki Ras Laffan sənaye zonasında qaz emalı zavodunda baş verən partlayış nəticəsində ən azı 54 nəfər yaralanıb, 18 nəfər itkin düşüb.
Musavat.com Qətər Daxili İşlər Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, Ras Laffan sənaye zonasındakı zavodlardan birində baş verən qəzada xəsarət alanların ümumi sayı 54 nəfərdir, “Lehviya Daxili Təhlükəsizlik Qüvvələrinin axtarış-xilasetmə qrupu isə mülki müdafiə ilə birlikdə itkin düşmüş 18 nəfərin axtarış əməliyyatı aparır".
Qətər DİN əmirliyin əsas mayeləşdirilmiş təbii qaz istehsalı müəssisələrinin yerləşdiyi Ras Laffan sənaye zonasında baş verən partlayışın lokal xarakterli olduğunu bildirib.
Reuters agentliyinin mənbəyə istinadən yaydığı məlumata görə, hadisə Barzan qaz emalı zavodunda əməliyyat xətası nəticəsində baş verib.
Qeyd edək ki, Qətər dünyanın ən böyük maye qaz ixracatçılarından biridir. ABŞ-İran münaqişəsi zamanı İran ölkənin ən böyük qaz istehsalı zavoduna zərbə endirib, onun bərpasının 2 il vaxt aparacağı gözlənilir. Digər zavodda baş verən partlayış Qətərin ixrac potensialını daha da zəiflətməklə dünya bazarında qaz qiymətlərini artıra bilər.
Musavat.com
27 Iyun 2026
26 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ