İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qiyamət simvolu" üzə çıxdı - Əsrlər boyunca... - FOTO

Danimarkada aparılan arxeoloji qazıntılar zamanı üzərində “qiyamət kəhanəti” ilə əlaqələndirilən simvollar olan nadir gümüş sikkələr aşkarlanıb. Alimlər bildirirlər ki, bu tip sikkələrdən dünyada cəmi 30-a yaxın nümunə mövcuddur.

Musavat.com xəbər verir ki, məlumata görə, tapılan sikkələr XI əsrə aiddir və 1009-cu ildə İngiltərədə zərb olunub. Onların üzərində İncilin “Vəhy” kitabı ilə əlaqələndirilən Alfa və Omega işarələri yer alır. Bu simvollar “başlanğıc və son” mənasını verir və qiyamət mövzusu ilə bağlanır.

Araşdırmaçılar hesab edirlər ki, həmin dövrdə bu sikkələr yalnız pul kimi deyil, həm də dini və mənəvi qoruma vasitəsi kimi istifadə olunub. Tarixi mənbələrə görə, İngiltərə kralı Ethelred Viking hücumlarının qarşısını almaq üçün xalqı dua etməyə və sədəqə verməyə çağırmışdı. Həmin dövrdə hazırlanan dini simvollu sikkələrin ölkəni qoruyacağına inanılırdı.

Mütəxəssislər bildirirlər ki, buna baxmayaraq, sikkələr sonradan Vikinglər tərəfindən qənimət kimi Danimarkaya aparılıb. Yeni tapıntı həm orta əsr pul sistemi, həm də Viking-İngiltərə münasibətləri barədə yeni məlumatlar ortaya çıxarıb.

 Musavat.com
 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR