İnsanlara hürriyət, millətlərə istiqlal!

Rafiq Əliyev beynəlxalq elmi mükafata layiq görülüb

Azərbaycanlı alim Rafiq Əliyev III Beynəlxalq Türk Dünyası Elm Mükafatları çərçivəsində “Qiyasəddin Cəmşid əl-Kaşi Riyaziyyat Mükafatı”na layiq görülüb.

Medianews.az xəbər verir ki, 2026-cı ildə Qazaxıstanın Almatı şəhərində təqdim olunan mükafat alimin qeyri-səlis məntiq, intellektual sistemlər, qərar qəbuletmə, idarəetmə nəzəriyyəsi və riyazi modelləşdirmə sahələrindəki elmi fəaliyyətinə görə verilib.

Mükafatın təqdim edilməsinə Rafiq Əliyevin süni intellekt və intellektual idarəetmə sistemlərinin inkişafına verdiyi töhfələr, elmi məhsuldarlığı, hazırladığı metodlar, yetişdirdiyi tədqiqatçılar və Türk dünyasının elmi potensialına xidmətləri əsas olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR