Onlayn ictimai-siyasi qəzet
ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Venesuela neftinə iqtisadi baxımdan ehtiyac duymadığını bildirib.
Musavat.com xəbər verir ki, Rubio eyni zamanda ABŞ-ın Venesuelanın neft sənayesinin Amerikanın rəqibləri və ya düşmən qüvvələrin nəzarətinə keçməsinə də yol verə bilməyəcəyini vurğulayıb.
Onun sözlərinə görə, məsələ təkcə enerji resursları ilə bağlı deyil, daha geniş geosiyasi və təhlükəsizlik balansı ilə əlaqədardır. Rubio qeyd edib ki, Venesuelanın neft infrastrukturu ABŞ-a qarşı mövqedə dayanan güclərin təsir dairəsinə düşərsə, bu, regional və qlobal təhlükəsizlik üçün ciddi risklər yarada bilər.
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ