Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət Katibi Marko Rubio bu gün Venesuela müxalifət lideri Maria Corina Maçado ilə görüşəcək.
Musavat.com xəbər verir ki, görüş Rubionun Dövlət Departamentinin İnternet saytında yerləşdirilən iş qrafikində qeyd olunub.
Məlumatda mövzu dəqiqləşdirilməyib. Görüş jurnalistlər üçün qapalı olacaq və əvvəlcədən heç bir rəsmi çəkiliş planlaşdırılmır.
Qeyd edək ki, yanvarın 15-də ABŞ prezidenti Donald Tramp Maçado ilə görüşüb. Ağ Evin məlumatına görə, görüşün məqsədi Venesueladakı "real vəziyyət"i müzakirə etmək olub. 22 yanvarda Tramp Maçado ilə telefonla danışdığını açıqlayıb. Amerika lideri həmçinin qeyd edib ki, Venesuela prezidenti vəzifəsinin icraçısı Delsi Rodrigezin "ölkəyə inamla rəhbərlik etdiyinə" inanır.
Musavat.com
30 Iyul 2026
02:59 FİFA ilə UEFA arasında tarixi qarşıdurma – Dünya çempionatı uğrunda 20 milyard dollarlıq savaş
29 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ