İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə bağlı İLGİNC İDDİA

İsveç kəşfiyyatı Moskvanın iqtisadi statistikanı manipulyasiya etdiyini bildirib.

Musavat.com xəbər verir ki, İsveç hərbi kəşfiyyatının rəhbəri Tomas Nilsson "Financial Times"a müsahibəsində Rusiyada real inflyasiyanın rəsmi göstəricilərdən xeyli yüksək olduğunu bildirib.

Onun sözlərinə görə, Rusiya Mərkəzi Bankı illik inflyasiyanı 5,86 faiz səviyyəsində göstərsə də, İsveç kəşfiyyatının qiymətləndirməsinə əsasən, real rəqəm 15 faizə yaxınlaşır.

Nilsson qeyd edib ki, İsveç tərəfi bu məsələdə Almaniyanın Xarici Kəşfiyyat Xidmətinin mövqeyi ilə də razıdır. Alman kəşfiyyatı hesab edir ki, Rusiya hakimiyyəti büdcə kəsirini təxminən 30 milyard dollar aşağı göstərir.

İsveç kəşfiyyat rəhbəri əlavə edib ki, bəzi maliyyə indikatorları gələcəkdə Rusiyada mümkün bank böhranı riskinə də işarə edir.

Onun fikrincə, Moskva hərbi xərclər və Qərb sanksiyalarının təsiri fonunda iqtisadiyyatın dayanıqlı göründüyü təəssüratını yaratmaq üçün statistik göstəricilərlə məqsədli şəkildə manipulyasiya edir.

Nilsson bildirib ki, Yaxın Şərqdəki münaqişə nəticəsində neft qiymətlərinin artması da Rusiya iqtisadiyyatını əvvəlki vəziyyətinə qaytara bilməyib. Onun sözlərinə görə, federal büdcə kəsirinin bağlanması üçün Urals markalı neftin qiyməti il ərzində 100 dollardan yuxarı qalmalıdır.

Xatırladaq ki, aprelin ortalarında Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov ölkə iqtisadiyyatının ehtiyatlarının böyük ölçüdə tükəndiyini etiraf edib.

Nazir iqtisadi vəziyyətin möhkəmlənən rubl, yüksək faiz dərəcələri, işçi qüvvəsi çatışmazlığı və büdcə məhdudiyyətləri səbəbindən çətinləşdiyini bildirmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR