İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda İtaliya üslubunda möhtəm moda gecəsi - VİDEO

Sentyabrın 17-də Bakıda Azərbaycan və İtaliya mədəniyyətlərinin, ənənəvi irs və müasir moda anlayışının vəhdətini nümayiş etdirən “İtaliya üslubu, Azərbaycan ruhu” adlı tədbir keçirilib.

Modelyer və təsisçi Kubra Nuriyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə moda sahəsinin tanınmış nümayəndələri, o cümlədən modelyer və dizayner Fəxriyyə Xələfova, müxtəlif ölkələrin Azərbaycandakı səfirləri, eləcə də digər fəxri qonaqlar iştirak ediblər.

Tədbirdə Azərbaycan milli dəyərlərinin və ənənələrinin müasir moda yanaşmaları ilə təqdim olunması, eyni zamanda İtaliya üslubunun Azərbaycan ruhu ilə sintezinin yaradılması əsas istiqamətlərdən biri kimi diqqətə çatdırılıb.

Qeyd olunub ki, tədbirin rəsmi tərəfdaşı GABA şirkətinin sahibi Nəzrin Sadıqovadır.

Həmçinin bildirilib ki, tədbir 2026-cı ilin “Memarlıq ili” elan olunması ilə əlaqədar İtaliya mədəniyyəti ilə Azərbaycan ruhunu birləşdirən xüsusi layihə əsasında hazırlanıb. Burada mədəniyyət, milli irs və moda elementlərinin vahid konsepsiya ətrafında təqdim edilməsi nəzərdə tutulub.

Layihənin Azərbaycan və İtaliya arasında mövcud dostluq münasibətlərinin, eləcə də mədəni və moda sahəsində əlaqələrin inkişafına yeni töhfə verməsi məqsədi daşıdığı vurğulanıb.

Daha sonra “Fabuel”, “Yeləni”, “Basqalı”, “Saint Aslan” və “İz” brendlərinin təbii kilimlərdən hazırlanmış geyim və aksessuarlardan ibarət yeni kolleksiyaları təqdim edilib.

Xalidə Gəray,
Tofiq Balayev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR