İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya OD içində: Şəhərlərə AMANSIZ hücum BAŞLADI, Ceyhun Bayramov QƏFİL Kiyevdə!

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Ukraynaya səfəri çərçivəsində Kiyevdə xarici işlər naziri Andriy Sıbiha qarşılayıb. Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd edək ki, səfər çərçivəsində Ceyhun Bayramovun Andriy Sıbiha ilə yanaşı, digər yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Rusiya Hava Hücumundan Müdafiə qüvvələri gecə ərzində ölkənin müxtəlif regionları üzərində Ukraynaya məxsus 605 pilotsuz uçuş aparatını (PUA) vurub. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev bildirib ki, bölgəyə indiyədək ən kütləvi PUA hücumu həyata keçirilib. Onun sözlərinə görə, HHM qüvvələri 92 pilotsuz aparatı məhv edib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Tver vilayətinin qubernatoru İqor Korolyov isə bildirib ki, PUA qalıqlarının düşməsi nəticəsində “Wildberries” şirkətinə məxsus logistika kompleksinin fasadına ziyan dəyib. Onun sözlərinə görə, insident zamanı xəsarət alan olmayıb.

Məlumata görə, Rusiya Qara dənizdə Ukrayna ordusunun maraqları üçün istifadə olunduğu iddia edilən iki yük gəmisinə də zərbələr endirib.

TVMusavat-ın bu gün saat 11:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi analitik Elçin Alıoğlu ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR