İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Qəhrəmanı general-leytenant Sergey Milçakov HƏLAK OLDU

Rusiya Cənub Hərbi Dairəsinin 51-ci ordusunun qərargahına endirilən sərrast raket zərbəsi nəticəsində ordu komandiri, general-leytenant Sergey Milçakov həlak olub.

Musavat.com xəbər verir ki, hadisə barədə Rusiya hərbi mənbələri və Z-propaqandistləri məlumat paylaşıb. 

Rusiya tərəfini dəstəkləyən tanınmış təbliğatçı Anastasiya Kaşevarova baş verən hadisə ilə bağlı xəyanət şübhələrini dilə gətirib:

"Düşmən hədəfi çox dəqiq vurdu, bu isə o deməkdir ki, qərargahın dəqiq koordinatları və yerləşdiyi məkan məhz daxildən sızdırılıb".

Qeyd edək ki, general-leytenant Sergey Milçakov Rusiya Prezidenti Vladimir Putin tərəfindən ölkənin ən ali mükafatı olan "Rusiya Qəhrəmanı" adı ilə təltif edilmişdi.

O, Rusiya Silahlı Qüvvələrinin Pokrovsk-Dobropolye istiqamətində həyata keçirdiyi əsas hücum əməliyyatlarına birbaşa rəhbərlik edən əsas komandirlərdən biri idi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR