İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya vətəndaşlarımızın QANINI BATIRIR: Moskvadan məktuba SƏRT REAKSİYA

Bizim gözləntimiz Rusiya Prezidentinin Düşənbədə olan açıqlamalarına, üzrxahlığına uyğun olaraq prosesin başa çatdırılmasıdır.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycana məktub göndərib, məktubda cinayət işinə xitam verilməsi məlumatını bölüşüb, bu isə Azərbaycanda ciddi təəccüb doğurub:

“Həmin məktuba müvafiq qurumlar tərəfindən ciddi təfsilatlı mövqe ortaya qoyulub. Bizim gözləntimiz prosesin iki ölkə lideri arasında aparılan danışıqlara uyğun olaraq başa çatdırılmasıdır. Güman edirəm ki, bu məsələyə də aydınlıq gətiriləcək”.
"Demək, Kremlin Azərbaycanla münasibətləri normallaşdırmaq fikri yoxdur". Analitik Elxan Şahinoğlu belə deyib.
O, xarici işlər naziri Ceyhun Bayramovun ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə diqqət çəkib:
“Nazir mətbuat konfransında bağlanan “Rus Evi” məsələsinə nöqtə qoyub. Nazirin sözlərinə görə, Rusiya təmsilçiləri ilə “Rus Evi” ilə bağlı ən son təmas bir neçə həftə öncə olub və ləğvetmə prosesi tam başa çatıb".

TV Musavat-ın saat 12:10-da canlı yayımlanan "Həftə içi" efirində aparıcı Emil Salamoğlunun suallarını hərbi analitik Azad İsazadə cavablandırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR