İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada zavod BOMBARDMAN edildi, anbarlar YANIR-Ukrayna DAĞIDIR-Üzeyir Cəfərov Canlı debatda

Ukrayna ordusu gecə saatlarında Rusiyanın “Wildberries” marketpleysinin logistika mərkəzinə və Volqoqrad vilayətindəki neft emalı zavoduna dronlarla zərbə endirib. Hücum baş verən ərazilərdə genişmiqyaslı yanğınlar qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə “Exilenova+” məlumat yayıb.

Dronlar Volqoqrad, Həştərxan və qonşu vilayətlər üçün əsas logistika qovşağı olan, 44 min kvadratmetr sahəyə malik “Wildberries” logistika kompleksini vurub. Bundan əlavə, Rusiyanın ən iri neft emalı müəssisələrindən biri olan “Lukoyl-Volqoqradneftepererabotka” zavodu da hücuma məruz qalıb.

Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov bildirib ki, dronun dəyməsi nəticəsində Volqoqradda şəhərin cənubunda yerləşən yanacaq-energetika kompleksinə aid sənaye müəssisəsində, həmçinin Dzerjinski rayonundakı anbarlarda yanğınlar baş verib.

Gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/results?search_query=tv+musavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR