İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Ukraynaya: “Qışda sizi donduracağıq” - Ukraynadan Rusiyaya: "Zavodlarınızın odunda isinəcəyik"

14 avqustda Rusiya Müdafiə Nazirliyinin Telegram kanalında dronların təsviri və "Qışda sizi dondurulma gözləyir" yazısı ilə bir paylaşım dərc edilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, paylaşım Ukrayna ordusunun maraqları üçün istifadə edilən liman infrastrukturuna və dəniz gəmilərinə zərbələr endirilməsi barədə xəbərlərdən sonra dərc olunub.

Bir neçə saat sonra Ukrayna ordusunun strateji rabitə mərkəzi öz kanalında Rusiya hərbi departamentinə cavab verdi: "Rusiya neft emalı zavodlarının odunda isinəcəyik".

Bir gün əvvəl “Röyters” agentliyi xəbər verib ki, Ukrayna Qara dənizdə mülki hədəflərə hücumlarda qarşılıqlı atəşkəs təklifini üçüncü tərəf vasitəsilə Rusiyaya göndərib, çünki regiondakı döyüşlər qlobal ərzaq təchizatı zəncirlərini təhdid edir.

2022-ci ildən bəri hər payız Rusiya ordusu Ukraynanı qışda elektrik və istilikdən məhrum etmək üçün ölkənin enerji infrastrukturuna zərbələri gücləndirir.

Xüsusilə 2024-cü ilin payızında Rusiya bütün əsas istilik elektrik stansiyalarına zərbə vuraraq Ukraynanın ümumi elektrik enerjisi istehsal gücünün təxminən 80 faizini sıradan çıxarıb.

Qarşıdan gələn qış ərəfəsində Rusiya ordusu əsasən Sumı, Çerniqov və Xarkov vilayətlərindəki elektrik şəbəkəsi infrastrukturunun (yarımstansiyalar və elektrik xətləri) məhv edilməsinə diqqət yetirir.

Ukrayna isə Rusiyanın onlarla neft emal zavodlarını, yanacaq bazalarını vuraraq, federasiyada yanacaq qıtlığının yaranmasına nail olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR