Onlayn ictimai-siyasi qəzet
Almaniya hökuməti avqustun əvvəlində Leypsiq/Halle hava limanında aşkar edilən PUA insidentindən sonra Berlindəki “Rus Evi”nin fəaliyyətinə dair sazişi ləğv etmək qərarına gəlib.
Musavat.com xəbər verir ki, bu barədə AFR-in xarici işlər naziri Yohan Vadeful bəyanat verib.
Vadefulun sözlərinə görə, Rusiya “Leypsiqdəki hibrid hücuma” görə məsuliyyət daşıyır.
“Federal hökumət öz addımlarını NATO və Avropa İttifaqındakı tərəfdaşları ilə sıx şəkildə əlaqələndirir. O, tərəfdaşlarının dəstəyindən istifadə edir və öz tərəfindən də onları dəstəkləyir. Almaniya təhlükəsizlik siyasətində öz kursunu qoruyub saxlayır”, - deyə Vadeful Berlində keçirilən mətbuat konfransında bildirib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə artıq bəyan edib ki, “Moskva bütün anti-Rusiya qərarlarına cavab verəcək”.
Berlindəki “Rus Evi” ilə bağlı vəziyyəti şərh edən Zaxarova Almaniya hakimiyyətini onun fəaliyyətinə xitam vermək üçün bəhanə axtarmaqda ittiham edib. Onun sözlərinə görə, Almaniya Ukrayna ətrafındakı münaqişənin qızışdırılmasında iştirak edir.
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ