İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın “Afrika korpusu”na ağır ittiham 

Malidə fəaliyyət göstərən Rusiyanın “Afrika korpusu”nun hərbçiləri və Mali ordusunun əsgərləri azı 10 mülki şəxsin məhkəməsiz edam edilməsində ittiham olunurlar.

Musavat.com xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Öldürülənlərdən birinin qohumunun sözlərinə görə, 10 gənc hadisədən dörd gün əvvəl hərbçilər tərəfindən saxlanılıb. Onların cihadçı qruplaşmalara məlumat ötürməkdə şübhəli bilindikləri bildirilir.

“Malili və rusiyalı hərbçilər bu gəncləri saxladılar, sonra isə öldürdülər. Qaçaraq xilas ola bilən bir gənc baş verənlər barədə ifadə verə bilib”, – deyə mənbə AFP-yə bildirib.

Digər yerli sakin və adı açıqlanmayan məmur isə ölənlərin sayının 11 nəfər olduğunu deyib.

AFP-nin mənbələrindən birinin iddiasına görə, öldürülənlərin cəsədləri torbalara qoyularaq çaya atılıb. Yerli əhalinin dəfələrlə jandarm və hərbçilərə müraciətindən sonra meyitlərin olduğu yerin göstərildiyi bildirilir.

Qurbanlardan birinin qohumu iddia edib ki, əvvəlcə insanların yoxa çıxmasında cihadçıların əli olduğu bildirilib, lakin yerli əhalinin təzyiqindən sonra cəsədlərin yeri açıqlanıb.

Təhlükəsizlik strukturlarındakı mənbə AFP-yə qurbanların boğazlarının kəsildiyini bildirib.

Rusiya 2021-ci ildən Malinin hərbi hakimiyyətinin əsas tərəfdaşlarından birinə çevrilib. Əvvəlcə ölkədə “Vaqner” qüvvələri fəaliyyət göstərib, 2025-ci ildən isə onları “Afrika korpusu” əvəz edib.

Seneqalın “Timbuktu Institute” analitik mərkəzi daha əvvəl “Afrika korpusu”nu Malidə məhkəməsiz edamlar və işgəncələr də daxil olmaqla insan hüquqlarının pozulmasında ittiham etmişdi.

Rusiya tərəfi isə “Afrika korpusu”nun mülki şəxslərin öldürülməsi, oğurlanması, qarət və kəndlərin yandırılması ilə bağlı ittihamları rədd edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR