Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələrinin 72-ci mexanikləşdirilmiş “Qara Zaporojye” briqadasının tərkibində fəaliyyət göstərən “Bulava” pilotsuz sistemlər batalyonunun dron operatorları Rusiya ordusuna məxsus texnikanın məhv edilməsi üzrə xüsusi əməliyyat həyata keçiriblər.
Musavat.com xəbər verir ki, ilk dəfə olaraq ağır odsaçan sistem olan “Solntsepyok” birbaşa Rusiya ərazisində, Belqorod vilayətində vurulub.
Hədəfə dörd dəqiq zərbə endirilib, sonra sursat partlayıb. Nəticədə dəyəri 10 milyon dollardan çox olan qurğu tamamilə sıradan çıxarılıb.
Əməliyyatın görüntüləri sosial şəbəkələrdə yayılıb.
@@TVmusavat/139144@@
Musavat.com
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ