İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya DƏHŞƏTLİ hücum: xeyli ÖLÜ və yaralı var – Kremldə böyük QƏZƏB

Ukraynanın Rusiyanın Novorossiysk şəhərinə edilən dron hücumu nəticəsində, biri uşaq olmaqla, dörd nəfər ölüb. Krasnodar diyarının qubernatoru Venyamin Kondratyev bildirib.

Onun sözlərinə görə, dron hücumu nəticəsində iyirmi doqquz nəfər yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır.

Qeyd edək ki, 9 sentyabr gecəsi Ukrayna PUA-larla Krasnodar diyarına kütləvi hücum təşkil edib. Ən böyük ziyan Novorossiyskə dəyib. Şəhərdə üç şəxsi ev və beş mənzilli bina, eləcə də bir pravoslav kilsəsi və bir uşaq bağçası zərər görüb. Dronların qalıqları Anapada daha üç şəxsi evə və bir uşaq bağçasına ziyan vurub, lakin itki olmayıb.

Ermənistan Baş naziri Nikol Paşinyan isə komanda üzvlərinə anti-Rusiya bəyanatlarını müvəqqəti olaraq dayandırmaq barədə ciddi göstəriş verib. “İravunk” Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasındakı mənbələrə istinadla məlumat yayıb.

Nəşr Ermənistan hökumətinin başçısının komanda yoldaşlarında dediyi sözlərdən sitat gətirib:

“Gedib-qayıdım, sonra son yolu (yekun xarici siyasət kursunu - red.) müəyyən edəcəyik. İndi nə bu tərəf, nə də o tərəfdir”.

TVMusavat-ın bu gün saat 11:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi professor Fikrət Yusifovla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR