Onlayn ictimai-siyasi qəzet
"Avroviziya" təmsilçilərimizdən olan Safura Əliyeva qızı Aişə ilə bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, ifaçı övladının 9 yaşının tamam olduğunu bildirərək onu təbrik edib.
Safura qızının fotolarını yayımlayaraq bunları yazıb:
"Gözəl qızım, 9-cu doğum günün mübarək! Sən mənim sevincim, işığım və ən böyük nemətimsən. Səni sözlərlə ifadə edilə biləcəyindən daha çox sevirəm".
Qeyd edək ki, Safura mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Türkiyədə yaşayan cütlüyün 3 övladı var.
Könül
Musavat.com
10 Oktyabr 2026
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ