İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahin Şıxlinski və oğluna ağır cəza VERİLDİ

Yekaterinburqun Kirov rayon məhkəməsi Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və oğlu Mütvəli Şıxlinski barəsində növbəti hökmü elan edib.

Musavat.com
xəbər verir ki, ata və oğul hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə təqsirli bilinərək uzunmüddətli həbs cəzalarına məhkum ediliblər.

Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə Şahin Şıxlinskiyə 9 il ciddi rejimli, oğlu Mütvəli Şıxlinskiyə isə 8 il ümumi rejimli koloniya cəzası kəsilib.

 Martın əvvəlində Şahin Şıxlinski "qəsdən adam öldürmə və adam öldürməyə cəhd" ittihamı ilə artıq 22 il müddətinə azadlıqdan məhrum edilmişdi. Yeni hökm əvvəlki cəza ilə qismən toplandığı üçün Şahin Şıxlinskinin ümumi cəzası 24 ilə çatdırılıb.

Məhkəmənin qərarına əsasən, Şahin Şıxlinski cəzasının ilk 4 ilini qapalı tipli həbsxanada, qalan hissəsini isə ciddi rejimli koloniyada çəkəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR