Onlayn ictimai-siyasi qəzet
Ermənistan məhkəməsi tanınmış iş adamı Samvel Karapetyanın həbs müddətini daha 30 gün uzadıb.
Musavat.com xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
Qeyd edək ki, Karapetyan iyunun 18-dən etibarən həbsdə saxlanılır. O, hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunur.
Biznesmen özünə qarşı irəli sürülən ittihamları qəbul etmir və bunun siyasi sifariş olduğunu bildirir.
Musavat.com
02 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ