Onlayn ictimai-siyasi qəzet
İran Silahlı Qüvvələrinin son 24 saat ərzində Yaxın Şərqin 7 ölkəsində yerləşən ABŞ hərbi bazalarına və obyektlərinə genişmiqyaslı raket və PUA zərbələri endirdiyi bildirilir.
Musavat.com İran mediasına istinadən xəbər verir ki, yayılan rəsmi məlumatlar və infoqrafikaya əsasən, hücuma məruz qalan hərbi obyektlərin siyahısı və dəymiş ziyan aşağıdakı kimidir:
1. Suriya – Əl-Tanf hərbi bazası (Xüsusi Əməliyyatların Komandanlıq Mərkəzi): Suriyanın cənubunda, İordaniya və İraqla sərhədlərin kəsişməsində yerləşən bu strateji bazaya SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) hücumu nəticəsində bir radar sistemi və bir neçə xüsusi təyinatlı helikopterin məhv edildiyi iddia edilir. Çox sayda ABŞ hərbçisinin öldüyü və ya yaralandığı bildirilir.
2. İordaniya – Əl-Azraq aviabazası (İordaniyanın şimal-şərqi): ABŞ-nin hava nəzarəti üzrə bu mühüm məntəqəsinə edilən PUA hücumu nəticəsində kəşfiyyat radarları, rabitə sistemləri və yanacaq anbarları tamamilə sıradan çıxarılıb.
3. Küveyt – HIMARS raket sistemlərinin və əks-inqilabçıların mövqeləri: SEPAH-ın zərbələri nəticəsində Küveytdəki HIMARS qurğuları və raketləri məhv edilib, həmçinin ABŞ hərbçilərinin və iranlı əks-inqilabçı qrupların yerləşdiyi mövqelər vurulub.
Hücum zamanı ABŞ xüsusi təyinatlılarının və əks-inqilabçıların öldürüldüyü iddia edilir.
4. Qətər – Əl-Udeyd aviabazası: ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasında uzaqmənzilli radar sistemi və ABŞ-yə məxsus bir neçə strateji yanacaqdoldurma təyyarəsi tamamilə məhv edilib, digər bir neçə təyyarəyə isə ciddi ziyan dəyib.
5. Oman – Sələmə yaylası (Dəniz radarı) və Qənam bölgəsi (Hava radarı): SEPAH hər iki bölgədəki mühüm radarları sıradan çıxardığını təsdiqləyib. Bu radarlar Fars körfəzinin cənubunda və Oman dənizində hava və dəniz hərəkətliliyinin izlənməsində əsas rol oynayırdı.
6. Bəhreyn – Şeyx İsa aviabazası (Əş-Şaxur), ABŞ-nin 5-ci Donanmasının qərargahı və Əl-Hidd bazası: Ərəb mənbələrinin məlumatına görə, hücum helikopterləri, "P-8" kəşfiyyat təyyarələri və hava hərəkətinə nəzarət sistemlərinin olduğu bu bazalar ciddi zərbələrə məruz qalıb.
7. İraq – Ərbil yaxınlığındakı ABŞ bazası və əks-inqilabçıların mövqeləri: İraqın şimalında, Ərbil Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən bazada ABŞ-nin "Patriot" hava hücumundan müdafiə sisteminin mövqeləri PUA-larla vurulub və güclü yanğın baş verib. Həmçinin ABŞ-yə bağlı qruplaşmaların mövqelərinə də zərbələr endirilib.
Məlumatda vurğulanır ki, bütün bu hücumlar ABŞ-nin İranın mülki infrastrukturuna etdiyi ardıcıl hücumlarına cavab olaraq həyata keçirilib. İran Silahlı Qüvvələri bəyan edib ki, ABŞ-nin bu addımları davam edəcəyi təqdirdə daha sarsıdıcı cavablar veriləcək.
Musavat.com
18 Iyul 2026
17 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ