İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH Hörmüzdən keçməyə cəhd edən 2 tankeri BELƏ VURDU - VİDEO

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçməyə cəhd edən iki neft tankerinə zərbə endirildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, SEPAH-ın yaydığı məlumata görə, tankerlər İranın xəbərdarlıqlarına məhəl qoymayaraq ABŞ-nin hava müşayiəti altında "qanunsuz və təhlükəli marşrut" üzrə hərəkət etməyə cəhd göstəriblər.

İran tərəfi iddia edir ki, hər iki tanker vurularaq dayandırılıb.

Bundan əlavə, daha dörd gəmi edilən xəbərdarlıqlardan sonra marşrutunu dəyişərək geri qayıdıb.

SEPAH eyni zamanda gəmiçilik və sığorta şirkətlərini ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) tövsiyələrinə əməl etməməyə çağırıb.

Bildirilib ki, ABŞ hərbçilərinin bölgədə gəmiçiliyə müdaxilə cəhdləri cavabsız qalmayacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR