Onlayn ictimai-siyasi qəzet
Rusiya Silahlı Qüvvələri avqustun 21-inə keçən gecə PUA-larla Odessa vilayətinə hücum edərək Ukraynanın Moldova ilə sərhədində yerləşən "Tabaki" beynəlxalq buraxılış məntəqəsinə zərbələr endirib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti rəsmi məlumat yayıb. Hücum nəticəsində keçid məntəqəsinin binaları və qurğuları ciddi zədələnib, ərazidə yanğınlar baş verib.
Hazırda "Tabaki" keçid məntəqəsinin fəaliyyəti müvəqqəti dayandırılıb, şəxslərin və nəqliyyat vasitələrinin hərəkəti digər alternativ buraxılış məntəqələrinə yönəldilir.
Qeyd edək ki, bu, son 24 saat ərzində Moldova sərhədindəki keçid məntəqələrinə endirilən ardıcıl ikinci zərbədir.
Ukrayna Prezidenti Volodimir Zelenski bir gün əvvəl Kiyevə edilən kütləvi hücum zamanı da Odessa vilayətində sərhəd infrastrukturlarının vurulduğunu bəyan etmişdi.
Musavat.com
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ