İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanına RAKET HÜCUMU - Məşhur general ÖLDÜRÜLDÜ

Yəmən ordusunun raket zərbəsi nəticəsində Səudiyyə Ərəbistanı generalı Mənsur ət-Turki həlak olub.

Musavat.com xəbər verir ki, bu barədə SEPAH-ın telegram kanalı məlumat yayıb.

Məlumata görə, general ət-Turki Həzrəməut bölgəsinə əməliyyat qərargahının rəisi kimi ezam olunmuşdu.

Zərbə məhz onun olduğu nöqtəyə endirilib.

Səudiyyə mənbələri Yəməndəki müxtəlif istiqamətlərdə 58 hərbçisinin öldüyünü təsdiqləyib.

Qeyd edək ki, husilər və Yəmən ordusu son aylarda Səudiyyə Ərəbistanının cənub sərhədlərinə və Yəməndəki mövqelərinə raket və PUA hücumlarını artırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR