Onlayn ictimai-siyasi qəzet
ABŞ-dən Türkiyəyə qayıdan Şeyma Subaşı saxlanılıb.
Musavat.com xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan narkotiklərlə bağlı istintaq çərçivəsində barəsində axtarış qərarı çıxarılan Şeyma Subaşı Amerika Birləşmiş Ştatlarından dönüş zamanı İstanbul Hava Limanında jandarma əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, Şeyma Subaşı haqqında axtarış qərarı dekabrın 18-də məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində verilib. Həmin tarixdə ölkə xaricində olduğu üçün saxlanılma mümkün olmayıb. O, Türkiyəyə daxil olan kimi dərhal nəzarətə götürülüb.
Türkiyə mətbuatı bildirir ki, Şeyma Subaşının hava limanında saxlanıldığı anlara aid ilk görüntülər də yayılıb. Hazırda onun istintaq çərçivəsində hansı statusda dindirildiyi və barəsində hansı qərarın veriləcəyi dəqiqləşdirilir.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ