Onlayn ictimai-siyasi qəzet
Bakıda və bölgələrdə işıq kəsiləcək
Musavat.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
16 sentyabrda Yasamal və bir sıra rayonlarda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yasamal: 10:00–13:00 — Akim Abbasov, Cəfərov qardaşları, Mətbuat, Mirəli Seyidov və Nəriman Nərimanov küçələrinin bir hissəsi.
Ağdaş: 10:00–14:00 — Aşağı Ləki, Bulaqotağı, Ərəb, Hapıtlı, Hüşün, Kükəl, Qarağan Sədi, Qarağan Şıxlar, Orta Ləki, Ovçulu və Yuxarı Qəsil kəndlərinin bəzi əraziləri.
Yevlax: 10:00–15:00 — Əkşəm, Hacıselli, Havarlı və Marzılı kəndləri.
Biləsuvar və Cəlilabad: 10:00–13:00 — Amankənd, Arazbarı, Alar, Günəşli və Sabirabad kəndlərinin bir sıra əraziləri.
Lənkəran: 10:00–13:00 — Bürcəli, Xanbulan, Kərgəlan, Qurumba, Parakənd və Şağlaküçə kəndlərinin bir hissəsi.
İşlər başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa olunacaq.
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ