İnsanlara hürriyət, millətlərə istiqlal!

Zarinadan heç yerdə görmədiyiniz parodiyalar - Video

Aktrisa Zarina Qurbanova tələbələri ilə birlikdə “Bilik Günü”nə özəl video hazırlayıb.

Musavat.com xəbər verir ki, aktrisa retro Azərbaycan musiqilərinə müraciət edərək tələbələri ilə birlikdə maraqlı parodiyalar hazırlayıb. O, məqsədinin milli musiqimizin dəyərli sənətkarlarını və onların unudulmaz mahnılarını yeni nəslə tanıtmaq olduğunu bildirib:

“Bir müəllim kimi sənətkarlarımızı bu balaca istedadların gözü ilə izləmək məni bir ayrı qürurlandırdı. Parodiya sadəcə təqlid etmək deyil, müşahidə, obrazı duymaq və onu özünəməxsus şəkildə təqdim etməkdir. Düşünürəm ki, balalarımız bunu həm sevgi, həm də böyük həvəslə bacardılar. 15 Sentyabr – Bilik Gününüz mübarək!”

Könül, Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR