Onlayn ictimai-siyasi qəzet
Rusiyada siqaret çəkmək, ictimai yerlərdə spirtli içki qəbul etmək və digər inzibati xətalara görə cərimələrin ciddi şəkildə artırılması planlaşdırılır.
Musavat.com xəbər verir ki, Rusiya hökuməti İnzibati Xətalar Məcəlləsinin 29 maddəsi üzrə cərimələrin artırılmasını nəzərdə tutan qanun layihəsini Dövlət Dumasına təqdim edib.
Təklifə əsasən, qadağan olunmuş yerlərdə siqaret çəkməyə, ictimai yerlərdə spirtli içki qəbul etməyə və sərxoş vəziyyətdə küçədə görünməyə görə cərimələr 1–3 min rubla qədər artırılacaq.
Xırda xuliqanlığa görə cərimənin 1–2 min rubla, polis əməkdaşının qanuni tələbinə tabe olmamağa görə isə 7,5 min rubla qədər qaldırılması təklif edilir.
Bu maddələr üzrə Rusiyada hər il 1 milyona yaxın inzibati protokol tərtib olunur.
Hesablamalara görə, yalnız ən çox rast gəlinən beş inzibati xəta üzrə cərimələrin artırılması dövlət büdcəsinə ildə təxminən 4,4 milyard rubl əlavə vəsait gətirə bilər.
Musavat.com
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ