Onlayn ictimai-siyasi qəzet
Şirvan şəhərində yerləşən inşaat materiallarının satışı mağazalarının birindən 18 327 manat və 800 ABŞ dolları oğurlanıb.
Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər də məhkum olunmuş 35 yaşlı Valid Əhmədov saxlanılıb. Saxlanılan şəxsin həmin mağazadan oğurluq etməyi qabaqcadan planlaşdırdığı, hadisə zamanı isə maska və əlcəkdən istifadə etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, V.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
05 Oktyabr 2026
04 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ